• Bakı 12° C

    11.89 m/s

  • USD - 1.7

    EUR - 2.0132

    RUB - 2.2246

Zərdabda dörd minə yaxın abonent qazsız qalacaq

CƏMİYYƏT

19 Fevral 2026 | 11:26

Zərdabda dörd minə yaxın abonent qazsız qalacaq

Sabah saat 14:00-dan etibarən Zərdab şəhərində 3 800 abonentin qaz təchizatının dayandırılması planlaşdırılır.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə Tərtər Regional Qaz İstismarı İdarəsi (RQİİ) məlumat yayıb.

Bildirilib ki, qaz təchizatının dayandırılması Zərdab QPS dən qidalanan müxtəlif diametirli (114 mm, 108mm, 76 mm, 57 mm) qaz xətlərinin əyilmiş dayaqlarının təmir olunması, əvəzlənməsi və yerüstü qazsızmalarının aradan qaldırılması işləri ilə əlaqədardır.

Qeyd edilib ki, təmir işləri başa çatdıqdan sonra qaz təchizatı bərpa ediləcək.


SON XƏBƏRLƏR

18 Fevral 2026