Kriptovalyuta bazarında eniş trendi davam edir. Son sutkada bazarın ümumi kapitallaşması 1,55% azalaraq 2,3 trilyon dollara düşüb.
Bakıvaxtı.az xəbər verir ki, bazarın əsas göstəricilərindən olan CMC20 indeksi 1,77% geriləyərək 137,93 bənd təşkil edib.
Altcoin bazarında aktivlik zəifləyib və Altcoin Index 32/100 səviyyəsində qərarlaşıb.
"Bitcoin"in qiyməti sutka ərzində 1,55% azalaraq 66 818 dollara enib. Ethereum da mənfi dinamika nümayiş etdirərək 1,42% geriləyib və 1 970 dollar səviyyəsinə düşüb. BNB isə son 24 saatda 1,35% azalaraq 608 dollara enib.
Bakı 




