• Bakı C

    11.99 m/s

  • USD - 1.7

    EUR - 2.0132

    RUB - 2.2246

Həssas kateqoriyadan olan 5800 nəfər işlə təmin edilib

CƏMİYYƏT

19 Fevral 2026 | 10:39

Həssas kateqoriyadan olan 5800 nəfər işlə təmin edilib

Ötən il Azərbaycanda həssas kateqoriyadan olan 5800 nəfər işlə təmin edilib.

Bakıvaxtı.az xəbər verir ki, bunu Dövlət Məşğulluq Agentliyi (DMA) İdarə Heyətinin sədri Hasil Abbasov "İnklüziv Karyera Forumu"nda deyib.

Onun sözlərinə görə, dünya əhalisinin 16 %-i həssas şəxslər kateqoriyasındadır:

"Onların qayğısı, cəmiyyətə əlçatan olmaları xüsusi diqqət mərkəzindədir. Ötən il ərzində Azərbaycanda həssas kateqoriyadan olan 5800 nəfər işlə, eyni zamanda, 1284 şəxsin ailəsi özünüməşğulluq aktivləri ilə təmin edilib. Onların öz biznesini qurmaları üçün şərait yaradılıb".


SON XƏBƏRLƏR

18 Fevral 2026