• Bakı 12° C

    11.89 m/s

  • USD - 1.7

    EUR - 2.0132

    RUB - 2.2246

İctimai nəqliyyatdan istifadə PULSUZ OLACAQ - Bu günlərdə...

CƏMİYYƏT

19 Fevral 2026 | 12:12

İctimai nəqliyyatdan istifadə PULSUZ OLACAQ - Bu günlərdə...

Bu il Bakıda keçiriləcək Ümumdünya Şəhərsalma Forumunun 13-cü Sessiyasında (WUF13) qeydiyyatdan keçənlər üçün pulsuz nəqliyyat xidmətləri təşkil olunacaq.

Bakıvaxtı.az "Report"a istinadən xəbər verir ki, bütün qeydiyyatdan keçmiş WUF13 iştirakçıları üçün tədbir müddəti ərzində Heydər Əliyev Beynəlxalq Aeroportu ilə təyin olunmuş şəhər nəqliyyat mərkəzləri arasında xüsusi avtobuslar işləyəcək.

Həmçinin tədbir məkanı üçün nəqliyyat vasitələri ödənişsiz olacaq.

Xatırladaq ki, WUF13 bu il mayın 17-22-də Bakıda keçiriləcək.


SON XƏBƏRLƏR

18 Fevral 2026