• Bakı C

    13.46 m/s

  • USD - 1.7

    EUR - 2.0042

    RUB - 2.2139

Ucarda yanğından zədələnən qaz xətti bərpa olunur

CƏMİYYƏT

19 Fevral 2026 | 13:27

Ucarda yanğından zədələnən qaz xətti bərpa olunur

Ucar rayonunda yanğın zamanı qaz xətti zədələnib. SOCAR-ın “Azəriqaz” İstehsalat Birliyinin (İB) Ağsu Regional Qaz İstismarı İdarəsinin Ucar xidmət sahəsinin əməkdaşları dərhal hadisə yerinə cəlb olunublar. Artıq ərazidə qazıntı işləri yekunlaşıb və polietilen boruların quraşdırılması mərhələsinə başlanılıb.

Bu barədə Bakıvaxtı.az-a “Azəriqaz” İB-nin İctimaiyyətlə əlaqələr və korporativ kommunikasiya şöbəsinin əməkdaşı Novruz Məmmədzadə məlumat verib.

Bildirilib ki, təmir-bərpa işləri çərçivəsində 315 millimetrlik 10 metr uzunluğunda yeni polietilen boru xətti çəkilir, eyni zamanda, borunun metal hissə ilə birləşmə qovşağı yenisi ilə əvəz edilir. Planlaşdırılan işlərin bu gün saat 17:00-dək tam başa çatdırılması və qaz təchizatının bərpası nəzərdə tutulub.


SON XƏBƏRLƏR

18 Fevral 2026