• Bakı 7° C

    3.97 m/s

  • USD - 1.7

    EUR - 1.9037

    RUB - 2.084

Üç vəkil cəzalandırıldı

CƏMİYYƏT

19 Fevral 2026 | 16:58

Üç vəkil cəzalandırıldı

Azərbaycanda yol verdikləri intizam pozuntularına görə bir vəkilin fəaliyyəti müəyyən müddətə dayandırılıb, birinə xəbərdarlıq tətbiq edilib, digəri isə cərimələnib.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə Vəkillər Kollegiyasının (VK) Rəyasət Heyətinin iclasında qərar qəbul olunub.

Bundan başqa, yığıncaqda bir vəkilin dövlət qulluğunun xüsusi növünə xidmətə qəbul edilməsi ilə əlaqədar vəkillik fəaliyyətinin dayandırılması məsələsinə baxılıb.

Həmçinin bəzi vəkillərin vəkil kabineti yaratmaları, Vəkil bürolarının fəaliyyət göstərdikləri ünvanların dəyişdirilməsi, eləcə də digər vəkil qurumlarına keçməsi ilə bağlı müraciətləri müzakirə olunaraq müvafiq qərarlar qəbul edilib.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

09 Noyabr 2026