Bu gün mətbuatda Zaur Kamal oğlu İbrahimovun Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin (AAYDA) İdarə Heyətinin sədrinin müavini vəzifəsinə təyin edilməsi ilə bağlı məlumat yayılıb.
Bakıvaxtı.az-ın məlumatına görə, AAYDA-danUnikal-a bildirilib ki, Z.İbrahimov sədr müavini vəzifəsinə təyinat almayıb. O, Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin İdarə Heyəti Sədrinin inzibati idarəetmə məsələləri üzrə məsləhətçisi təyin edilib.
Qeyd edək ki, Z.İbrahimov bu təyinatadək Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Sosial Xidmətlər Agentliyinin İdarə Heyətinin sədr müavini olub.
Bakı 




