“Agro Plant” MMC-nin və fiziki şəxs Əhmədov Elmin Cəlal oğlunun Türkiyədən idxal etdiyi tinglərdən Şarka virusu aşkarlanıb.
Bu barədə Bakıvaxtı.az-a Qida Təhlükəsizliyi Agentliyindən məlumat verilib.
Faktla bağlı müvafiq qərar qəbul edilib, sahibkarların müraciətinə uyğun olaraq şaftalı və nektarin tingi məhsul partiyaları məhv edilib.
Qeyd edək ki, Şarka virusu bitkilərin inkişafını zəiflədir və məhsuldarlığı əhəmiyyətli dərəcədə azaldır.
Bakı 




