• Bakı C

    13.46 m/s

  • USD - 1.7

    EUR - 2.0042

    RUB - 2.2139

Azad Cəlilov dəfn edilib – YENİLƏNİB

SİYASƏT

19 Fevral 2026 | 14:33

Azad Cəlilov dəfn edilib – YENİLƏNİB

Birinci Qarabağ müharibəsində itkin düşmüş hesab edilən Azad Cəlilov dəfn edilib.

Bakıvaxtı.az xəbər verir ki, şəhidlə keçirilən vida mərasimindən sonra onun nəşi rayonun Alpout kənd qəbiristanlığında torpağa tapşırılıb.

***

13:48

Ucar rayonunda Birinci Qarabağ müharibəsində itkin düşmüş hesab edilən Azad Sabir oğlu Cəlilovla vida mərasimi keçirilib.

Bakıvaxtı.az xəbər verir ki, vida mərasimində şəhidin doğmaları, Ucar rayonunun rəsmi şəxsləri, hüquq-mühafizə orqanlarının əməkdaşları, hərbçilər və ictimaiyyət nümayəndələri iştirak ediblər.

Qeyd edək ki, Azad Sabir oğlu Cəlilov 1975-ci il fevralın 14-də Ucarın Alpout kəndində anadan olub. 1994-cü il fevralın 6-da Kəlbəcər rayonunun Bağırlı kəndi (Murovdağ silsiləsi) istiqamətində gedən döyüşlər zamanı itkin düşüb.

A.Cəlilov doğulduğu kənddə dəfn ediləcək.


SON XƏBƏRLƏR