• Bakı C

    8.19 m/s

  • USD - 1.7

    EUR - 2.0042

    RUB - 2.2139

İki turist Avstriyada qar uçqunu nəticəsində öldü

DÜNYA

19 Fevral 2026 | 20:49

İki turist Avstriyada qar uçqunu nəticəsində öldü

Almaniyalı iki turist Avstriyada baş verən qar uçqunu nəticəsində həlak olub.

Bakıvaxtı.az “Zeit” qəzetinə istinadla xəbər verir ki, Tirol əyalətində baş verən uçqun nəticəsində almaniyalı turistlərdən əlavə bir nəfər də Niderland vətəndaşı ölüb. Almaniyalı turistlərdən birinin uçqun təhlükəsi ilə əlaqədar geri qayıdarkən yamacdan qopan böyük qar kütləsinin altında qaldığı bildirilir. Digəri isə təhlükəsizlik zolağından kənarda hərəkət edərkən qar uçqununa məruz qalıb.

Hazırda Avstriyanın qərbində uçqun təhlükəsi gərgin olaraq qalır. Tirol əyalətinin müvafiq qurumları gün ərzində təkcə bu bölgədə 30-dan çox qar uçqununun qeydə alındığını açıqlayıb. Xəbərdarlıq xidmətləri Tirol və Vorarlberq əyalətlərində yüksək təhlükəli vəziyyət barədə xəbərdarlıq ediblər.


SON XƏBƏRLƏR