Bu gün əlamətdar gündür və onu çoxları izləyir, xüsusilə başqa ölkələrdən - digər dövlətlərin liderləri, çünki burada liderlərin böyük bir qrupu iştirak edir, gələ bilməyənlər isə Zoom vasitəsilə izləyirlər. Ümid edirəm ki, bu, onların xoşuna gələcək.
Bakıvaxtı.az-ın məlumatına görə, bunu ABŞ Prezidenti Donald Tramp Qəzza üzrə Sülh Şurasının birinci iclasının açılışında deyib.
"Gördüyümüz iş çox sadədir - sülh. Bu, Sülh Şurası (Board of Peace) adlanır və söhbət tələffüzü asan, lakin həyata keçirilməsi çətin olan sözdən gedir. Sülh. Lakin biz buna nail olacağıq. Biz həqiqətən çox yaxşı iş gördük", - o deyib.
"Bu gün bizimlə olan liderlərdən bəziləri bu ilk il ərzində mənə çox kömək etdilər. Ölkəmizin tarixində bəlkə də heç vaxt olmamış ilk ilimiz oldu", - Tramp bəyan edib.
Bakı 




