ABŞ Qəzza zolağında hərbi baza tikməyi planlaşdırır.
Bakıvaxtı.az xəbər verir ki, bu barədə "The Guardian" qəzeti Sülh Şurasının sənədinə istinadla məlumat yayıb.
Qeyd olunub ki, 5 min hərbçi üçün nəzərdə tutulmuş baza əyalətin cənubunda yerləşəcək və Sülh Şurası çərçivəsində yaradılan Beynəlxalq Sabitləşdirmə Qüvvələrinin əməliyyat mərkəzi olacaq. Məlumata görə, bazanın tikintisi üçün tenderə silahlı qarşıdurma zonalarında təcrübəsi olan kiçik inşaat şirkətləri qrupu dəvət edilib.
Sülh Şurasının ilk iclası fevralın 19-da Vaşinqtonda keçirilir. Şuraya daxil olmaq üçün 58 ölkə dəvət edilib.
Bakı 




