• Bakı C

    13.47 m/s

  • USD - 1.7

    EUR - 2.0042

    RUB - 2.2139

Penitensiar xidmətin Mühafizə alayına komandir təyin edildi

CƏMİYYƏT

19 Fevral 2026 | 18:24

Penitensiar xidmətin Mühafizə alayına komandir təyin edildi

Ədliyyə Nazirliyinin Penitensiar xidmətinin Mühafizə alayının komandiri vəzifəsinə təyinat həyata keçirilib.

Adalet.az APA-ya istinadən xəbər verir ki, bununla bağlı ədliyyə naziri Fərid Əhmədov müvafiq əmr imzalayıb.

    Əmrə əsasən, Mühafizə alayının komandirinin müavini polkovnik-leytenant Bəxtiyar Məmmədov alayın komandiri vəzifəsinə təyin olunub.

    Bəxtiyar Məmmədov 1987-ci ildə anadan olub. 2008-ci ildə Bakı Dövlət Universitetini hüquqşünaslıq ixtisası üzrə bitirib. Əmək fəaliyyətinə 2010-cu ildə daxili işlər orqanlarında başlayaraq müxtəlif vəzifələrdə çalışıb. 2024-cü ilin iyun ayından xidmətini ədliyyə orqanlarında davam etdirərək Mühafizə alayının komandirinin müavini vəzifəsinə təyin edilib. Məlumat üçün qeyd edək ki, Bəxtiyar Məmmədova 2025-ci ilin sentyabr ayından etibarən Mühafizə alayının komandiri vəzifəsinin icrası həvalə edilib.


    SON XƏBƏRLƏR