UEFA "Fənərbaxça" klubuna beş ulduzlu loqodan istifadə etməyə icazə verməyib.
Bakıvaxtı.az "Goal" nəşrinə istinadən xəbər verir ki, qurum bunun üçün qoyulan bütün tələblərə ciddi şəkildə əməl olunmalı olduğunu bildiirb. Qadağaya səbəb olaraq isə Türkiyə Futbol Federasiyası tərəfindən həmin 5-ci ulduzun rəsmi şəkildə təsdiqlənməməsi göstərilib.
Məlumata görə, "Fənərbaxça" Avropa Liqasının pley-off mərhələsi çərçivəsində "Nottingem Forest"lə keçirilən oyunda meydana üzərində beş ulduz olan forma ilə çıxmağı planlaşdırıb. Lakin UEFA-nın qadağasından sonra İstanbul klubu formasının dizaynını dəyişmək məcburiyyətində qalıb.
Qeyd edək ki, Türkiyə qaydalarına görə, hər beş çempionluğa görə loqo üzərinə bir qızıl ulduz əlavə edilir. "Fənərbaxça"nın hazırda 19 rəsmi çempionluğu olsa da, klub rəhbərliyi milli çempionatın köhnə versiyalarındakı qələbələri əsas gətirərək beş ulduza layiq olduqlarını iddia edir.
Qeyd edək ki, hazırda "Fənərbaxça" Türkiyə Superliqasında lider "Qalatasaray"dan üç xal geri qalaraq ikinci pillədə qərarlaşıb.
Bakı 




