• Bakı C

    4.79 m/s

  • USD - 1.7

    EUR - 2.0042

    RUB - 2.2139

Taliban ərlərə arvadlarını döyməyə icazə verdi

DÜNYA

20 Fevral 2026 | 10:16

Taliban ərlərə arvadlarını döyməyə icazə verdi

Əfqanıstana nəzarət edən Taliban təşkilatı qadınlara qarşı zorakılığı qanuniləşdirən yeni qanunvericilik aktı tətbiq edib. 

Bakıvaxtı.az xəbər verir ki, bu barədə "Daily Mail" qəzeti yazıb.

Təşkilatın dərc etdiyi yeni cinayət məcəlləsinə əsasən, ərlərə ciddi zərər verməmək şərti ilə arvadlarına qarşı fiziki güc tətbiq etməyə icazə verilir.

Talibanın ali lideri Hibatullah Axundzadə tərəfindən təsdiqlənmiş 90 səhifədən ibarət olan bu qanun, cinayətkarın sosial vəziyyətindən asılı olaraq fərqli cəza sistemini tətbiq edir.

Məcəllənin 9-cu maddəsi Əfqanıstan cəmiyyətini dörd sinfə bölür: din xadimləri (üləma), elitanın nümayəndələri (əşrəf), orta təbəqə və əhalinin aşağı təbəqələri.

Mütəxəssislərin fikrincə, bu təsnifat iyerarxik bir sistem yaradır, burada mahiyyət etibarilə "azad" və "kölə" arasındakı bölünmə bərpa olunur və qadınlar faktiki olaraq kölələrlə bərabərləşdirilir.

Məcəllənin mətnində "kölə ağalarına", xüsusən də ərlərə arvadlara və ya tabeliyində olanlara qarşı fiziki cəza tətbiq etməyə icazə verən müddəalar var.

Üstəlik, Talibanın leqallaşdırdığı bu kimi cinayət hadisələri ruhanilərin və ya elitanın nümayəndəsi tərəfindən törədilibsə, cəza xəbərdarlıq və ya məhkəməyə çağırışla məhdudlaşır.

Orta təbəqənin nümayəndələri üçün belə bir cinayət həbs cəzasına səbəb ola bilər, "aşağı təbəqə" üçün isə həm fiziki cəza, həm də həbs cəzası nəzərdə tutulur.

"De Mahakumu Jazaai Osulnama" adlı kodeks artıq ölkə məhkəmələrinə göndərilib və bu, Əfqanıstandan kənarda insan haqları müdafiəçiləri və fəallar arasında tənqid və qəzəbə səbəb olub.

Aynur Babazadə


SON XƏBƏRLƏR

19 Fevral 2026