ABŞ səfərində olan Azərbaycan Prezidenti İlham Əliyevə qarşı təxribat törətməyə cəhd edən bir qrup vətən xaininin hərəkətlərinin qarşısı vaxtında alınıb.
Bakıvaxtı.az xəbər verir ki, bu fikirləri Milli Məclisin plenar iclasında deputat Azər Badamov bildirib.
O qeyd edib ki, hadisəyə BMT-nin təhlükəsizlik xidməti əməkdaşları və ABŞ polisi müdaxilə edərək peşəkarlıqla təxribatın qarşısını alıblar.
Deputat əlavə edib ki, bu hadisə dövlət rəhbərinin təhlükəsizliyinin təmin olunması istiqamətində atılan addımların əhəmiyyətini bir daha nümayiş etdirdi.
Əli Hüseynov
Bakı 




