• Bakı C

    4.81 m/s

  • USD - 1.7

    EUR - 2.0042

    RUB - 2.2139

Əlilliyi olan 2800 şəxsə 123 min reabilitasiya vasitəsi verilib

CƏMİYYƏT

20 Fevral 2026 | 12:35

Əlilliyi olan 2800 şəxsə 123 min reabilitasiya vasitəsi verilib

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi yanvar ayında əlilliyi olan 2800 şəxsi 123 min reabilitasiya vasitəsi ilə təmin edib.

Nazirliyin İctimaiyyətlə əlaqələr şöbəsindən Bakıvaxtı.az-a verilən məlumata görə, həmin reabilitasiya vasitələrindən 605-i təkərli oturacaq (o cümlədən 8-i mühərrikli təkərli oturacaq), 190-ı aşağı və yuxarı ətraf protezi, 317-si əsa, qoltuqaltı və dirsəkaltı ağac olub.

Həmçinin əlilliyi olan şəxslərə 811 cüt protez və yarım cüt ortopedik ayaqqabı, 321 eşitmə aparatı, 28 korset və digər reabilitasiya vasitələri təqdim olunub.

Qeyd edək ki, ehtiyac duyduqları reabilitasiya vasitələrini almaq üçün özlərinin və ya yaxınlarının Bakıya, agentliyin Protez-Ortopedik İstehsalat və Reabilitasiya Mərkəzinə gəlmək imkanı olmayan əlilliyi olan şəxslərə bu vasitələr evlərinə aparılaraq təqdim olunub.


SON XƏBƏRLƏR

19 Fevral 2026