• Bakı C

    5.12 m/s

  • USD - 1.7

    EUR - 1.9983

    RUB - 2.2141

Qəzza məsələsində balansı siyasət: Bakı hərbi yox, humanitar xətti seçir

SİYASƏT

20 Fevral 2026 | 14:06

Qəzza məsələsində balansı siyasət: Bakı hərbi yox, humanitar xətti seçir

ABŞ-də prezident Donald Trampın təşəbbüsü ilə təsis edilmiş Sülh Şurasının ilk iclası keçirilib. Tədbirin gündəliyində duran əsas məsələlərdən biri Qəzza ilə bağlı xüsusi maliyyə fondunun yaradılması, eləcə də bərpa-quruculuq işlərinin və humanitar missiyaların həyata keçirilməsi idi.

Qəzzada Sabitləşdirmə Qüvvələrinin yaradılması ideyası ilk dəfə Şarm əl-Şeyxdə ABŞ Prezidenti tərəfindən irəli sürülüb, Qəzza probleminin hərtərəfli həllinə yönəlmiş 20 maddəlik planın tərkib hissəsi kimi təqdim edilib. Lakin Prezident İlham Əliyev bu ilin 5 yanvar tarixində yerli mediaya verdiyi müsahibədə Azərbaycanın Qəzzada yaradılması nəzərdə tutulan Sabitləşdirmə Qüvvələrinin tərkibinə qoşulmaq niyyətində olmadığını bəyan edib. Bununla yanaşı, Azərbaycan münaqişədən sonrakı mərhələdə bərpa-quruculuq sahəsində əldə etdiyi təcrübəni beynəlxalq platformalarda bölüşmək imkanına malikdir. Bu baxımdan, Qarabağ və Şərqi Zəngəzur bölgələrində həyata keçirilən genişmiqyaslı layihələr nümunə kimi nəzərdən keçirilə bilər. Yəni Qəzza məsələsində Azərbaycanın yardımları hərbi-təhlükəsizlik yox, daha çox humanitar yardımlar müstəvisindədir.

Siyasi şərhçi Tural İrfan Bakıvaxtı.az-a açıqlamasında deyib ki, Qəzza məsələsində hələ mürəkkəb məsələlər həllini tapmayıb.

Onun sözlərinə görə, Azərbaycan həm regionda həm dünyada sülhü müdafiə edir, eyni zamanda Qəzzada da sülh və sabitliyin tərəfdarıdır:

“Ancaq məlum olduğu kimi azad edilmiş Qarabağ ərazisində də bərpa işləri davam edir. Bu məsələdə dövlət xüsusi diqqət göstərir, müvafiq məbləğdə vəsait ayırır. Əslində hazırda digər ölkələr də bu məsələdə Azərbaycana dəstək verməlidir. Uzun illər işğal altında dağıntılara məruz qalmış ərazilərimizin bərpası üçün külli miqdarda vəsaitə ehtiyac var. Qəzzanın bərpası üçün təbii ki, əsasən daha geniş imkanlara sahib olan çoxsaylı ərəb ölkələri də səy göstərə bilər”.

Tural İrfan: Qəzza məsələsinin həlli istiqamətində müəmmalı və qeyrissabitlik hələ də davam etməkdədir

Müsahibimiz vurğulayıb ki, Azərbaycan balanslı siyasət yürüdür və xüsusilə xarici siyasətdə müdrik və dərin düşünülmüş addımlar atır. Dediyinə görə. Qəzza məsələsinin həlli istiqamətində müəyyən işlər görülsə də, müəmmalı və qeyrissabitlik hələ davam etməkdədir.

T.İrfan hesab edir ki, Azərbaycanın Qəzzada yaradılması nəzərdə tutulan Sabitləşmə Qüvvələrinin tərkibinə qoşulmamaqda və maliyyə ayırmamaq məsələsində tələsməməkdə ən doğru olan addımı atıb:

“Lakin bu da mümkündür ki, qarşıda uyğun şərait və siyasi mühitdə müvafiq humanitar kampaniyalara qoşulsun”.siy


SON XƏBƏRLƏR