• Bakı C

    4.81 m/s

  • USD - 1.7

    EUR - 2.0042

    RUB - 2.2139

ABŞ ordusu 21 fevralda İrana zərbə endirməyə hazırdır - KİV

DÜNYA

20 Fevral 2026 | 12:40

ABŞ ordusu 21 fevralda İrana zərbə endirməyə hazırdır - KİV

"ABŞ Prezidenti Donald Trampa şənbə günü ordunun İrana qarşı döyüş əməliyyatlarına hazır olduğu barədə məlumat verilib. Lakin əməliyyat baş tutarsa, çox güman ki, bu həftəsonu başlamayacaq".

Bakıvaxtı.az xəbər verir ki, bu barədə CBS mənbələrə istinadən məlumat yayıb.

Kanal qeyd edir ki, Amerika lideri hələ mümkün hücumla bağlı yekun qərar verməyib. CBS vurğulayır ki, Ağ Ev həm eskalasiyanın, həm də hücumun nəticələrini ölçür.

Qeyd edək ki, son bir neçə gün ərzində ABŞ Yaxın Şərqə təxminən 70 hərbi yük təyyarəsi və təxminən 50 qırıcı təyyarə yerləşdirib. Bir aviadaşıyıcı zərbə qrupu Oman körfəzinə, digəri isə Aralıq dənizində İsrail sahillərində yerləşdiriləcək.

Zeynəb Rzayeva


SON XƏBƏRLƏR

19 Fevral 2026