• Bakı C

    4.79 m/s

  • USD - 1.7

    EUR - 2.0042

    RUB - 2.2139

9 nəfər Almaniyadan Azərbaycana geri qəbul edildi

CƏMİYYƏT

20 Fevral 2026 | 10:07

9 nəfər Almaniyadan Azərbaycana geri qəbul edildi

“Azərbaycan Respublikası ilə Avropa İttifaqı arasında icazəsiz yaşayan şəxslərin readmissiyası haqqında” Saziş çərçivəsində 19 fevral 2026-cı il tarixində Azərbaycan Respublikası vətəndaşı olan 9 nəfər Almaniya Federativ Respublikasından geri qəbul edilib.

Bu barədə Bakıvaxtı.az-a Dövlət Miqrasiya Xidmətindən məlumat verilib.

Qeyd edilib ki, Dövlət Miqrasiya Xidməti tərəfindən fəaliyyəti əlaqələndirilən aidiyyəti dövlət qurumlarının nümayəndələrindən ibarət Reinteqrasiya üzrə İşçi Qrupu readmissiya olunan Azərbaycan Respublikası vətəndaşlarının üzləşdikləri çətinlik və problemlərin operativ həlli, onların cəmiyyətə səmərəli, dayanıqlı sosial-iqtisadi reinteqrasiyası işinin təşkili istiqamətində müvafiq tədbirlər həyata keçirir.


SON XƏBƏRLƏR

19 Fevral 2026