Bakı şəhərində yarımçıq qalmış çoxmərtəbəli binaların tamamlanması üçün sahibkarlara ciddi dəstək göstərilməsi vacibdir.
Bakıvaxtı.az xəbər verir ki, bu sözləri Milli Məclisin plenar iclasında deputat Fazil Mustafa söyləyib.
Deputat bildirib ki, bəzi sahibkarlar müflisləşib və bank kreditlərinə ehtiyac duyur, bəziləri isə yeni sərmayədarların qoşulması ilə layihəni tamamlamalıdır.
“Bu il ərzində artıq bu problemlər növbəti ilə qalmamalıdır”, – deyə o qeyd edib.
Fazil Mustafa əlavə edib ki, sahibkarların qarşılaşdığı çətinliklərin bir qismi məhkəmə prosedurlarından qaynaqlanır.
Girov qoyduqları əmlakın ödənişindən sonra belə bankların bəzən əmlakı geri vermədiyini deyən deputat, sahibkarların yenidən məhkəməyə müraciət etməli olduğunu bildirib.
Əli Hüseynov
Bakı 




