Vaşinqtonda bir qrup radikal ünsürün təxribat xarakterli hərəkətlərə cəhd göstərdiyi bildirilir.
Bakıvaxtı.az xəbər verir ki, onlar dövlət rəhbərliyinə qarşı təhqiramiz və qeyri-etik ifadələr səsləndirib, eyni zamanda mühafizə olunan əraziyə daxil olmağa çalışıblar.
Hadisə zamanı təhlükəsizlik xidməti operativ şəkildə müdaxilə edərək vəziyyəti nəzarət altına alıb və mümkün insidentin qarşısını alıb. İlkin məlumatlara əsasən, insident nəticəsində ciddi pozuntu qeydə alınmayıb.
Sosial şəbəkələrdə yayılan videogörüntülərdə radikal qrup üzvlərinin açıq şəkildə nalayiq ifadələr işlətdiyi eşidilir. Qeyd olunur ki, görüntülər hadisənin təxribat xarakteri daşıdığını göstərir.
Bakı 




