• Bakı C

    4.76 m/s

  • USD - 1.7

    EUR - 1.9983

    RUB - 2.2141

Daha bir idmançımız Belarusd medallar qazandı - YENİLƏNİB

İDMAN

20 Fevral 2026 | 16:05

Daha bir idmançımız Belarusd medallar qazandı - YENİLƏNİB

Azərbaycan paraüzgüçüsü Əli Vəliyev Belarusun Brest şəhərində təşkil olunan Açıq Paraüzgüçülük Kubokunda iki gümüş və bir bürünc medal qazanıb.

Bu barədə Bakıvaxtı.az-a Azərbaycan Milli Paralimpiya Komitəsindən bildirilib.

Paralimpiyaçı S10 kateqoriyası üzrə 3 fərqli üsulda fəxri kürsüyə qalxıb.

O, 100 metr məsafəyə "butterfly" (kəpənək) üsulu üzrə üzməkdə (1:03.10) və 200 metr məsafəyə qarışıq üsulla üzməkdə (2:34.77) gümüş, 400 metr məsafəyə sərbəst üzməkdə (4:52.14) isə bürünc medala yiyələnib.

Qeyd edək ki, daha əvvəl digər Azərbaycan paraüzgüççüsü Raman Salei sözügedən yarışda iki qızıl medal əldə edib.

***

15:22

Azərbaycan paraüzgüçüsü Raman Salei Belarusun Brest şəhərində təşkil olunan Açıq Paraüzgüçülük Kubokunda iki qızıl medal qazanıb.

Bu barədə Bakıvaxtı.az-a Azərbaycan Milli Paralimpiya Komitəsindən bildirilib.

Paralimpiyaçı S12 kateqoriyasında mübarizə apararaq iki fərqli üsulda fəxri kürsünün ən yüksək pilləsinə qalxıb.

O, 100 metr məsafəyə sərbəst üzməkdə 55.29 saniyə nəticə göstərib. R.Salei həmçinin 100 metr məsafəyə "butterfly" (kəpənək) üsulu ilə üzmədə 59.17 saniyə nəticə ilə qızıl medala sahib çıxıb.


SON XƏBƏRLƏR