Avropa Komissiyası (AK) Avropa İttifaqı (Aİ) ölkələrinin müdafiə sənayesindən istehsalı 50 dəfə artırmağı tələb edib.
Bakıvaxtı.az xəbər verir ki, bu barədə Madriddə keçirilən müdafiə forumunda çıxış edən Avropa Müdafiə və Kosmik Komissarı Andrius Kubilius bildirib.
O, müharibənin başlamasından sonra Ukraynanın hərbi istehsalını 50 dəfə artırdığını nümunə kimi göstərib: "Avropa ambisiyaları da oxşar olmalıdır. Yeni fabriklər tikilməli, ən son avadanlıqlardan istifadə edilməli və daha çox silah istehsalı üçün ixtisaslı işçilər cəlb edilməlidir".
Aynur Babazadə
Bakı 




