• Bakı C

    5.12 m/s

  • USD - 1.7

    EUR - 1.9983

    RUB - 2.2141

Ramiz Məmmədova ağır cəza verildi

İDMAN

20 Fevral 2026 | 14:29

Ramiz Məmmədova ağır cəza verildi

AFFA İntizam Komitəsinin növbəti iclası keçirilib.

Bakıvaxtı.az qurumun rəsmi saytına istinadən xəbər verir ki, iclasda cari il fevralın 19-da futbol üzrə Azərbaycan I Liqasının XV turu çərçivəsində baş tutmuş “Şəfa” – “Mingəçevir” qarşılaşmasında qeydə alınmış qayda pozuntuları müzakirə olunub və müvafiq qərarlar qəbul edilib.

Oyunun 45-ci dəqiqəsində hakimi təhqir etdiyi üçün birbaşa qırmızı vərəqə ilə meydandan kənarlaşdırılan “Mingəçevir” komandasının baş məşqçisi Ramiz Məmmədov ağır cəzalandırılıb. Mütəxəssis 4 oyunluq diskvalifikasiya edilib, Mingəçevir təmsilçisi isə 3000 manat məbləğində cərimə olunub.

Bundan əlavə, görüşün 82-ci dəqiqəsində ikinci sarı vərəqə alaraq meydandan qovulan “Şəfa” klubunun futbolçusu Vüqar Həsənov bir oyunluq cəzalandırılıb, klubu isə 150 manat cərimə edilib.

Komitənin digər qərarı ilə “Mingəçevir” komandasının paltardəyişmə otağında stadiona vurduğu maddi zərər klub tərəfindən ödənilməlidir.


SON XƏBƏRLƏR