Rusiya müharibənin 1458-ci günü üçün Ukrayna ordusunun itkiləri haqda məlumatı yeniləyib.
Bakıvaxtı.az xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyinin rəsmi nümayəndəsi İqor Konaşenkov məlumat yayıb.
“Xüsusi əməliyyatın başladığı gündən indiyə qədər düşmənin 670 təyyarəsi, 283 helikopteri, 115 765 PUA-sı, 650 zenit-raket kompleksi, 27 776 tank və digər zirehli texnikası, 1 669 reaktiv yaylım atəş sistemi, 33 381 artilleriya və minaatanı, 54 816 xüsusi hərbi avtomobil texnikası məhv edilib”, - o bildirib.
Bakı 




