• Bakı C

    8.6 m/s

  • USD - 1.7

    EUR - 1.9921

    RUB - 2.187

Tibb müəssisələrində tullantı toplanması necə təşkil olunmalıdır?

CƏMİYYƏT

22 Yanvar 2026 | 09:55

Tibb müəssisələrində tullantı toplanması necə təşkil olunmalıdır?

“Tibb müəssisələrində tibbi tullantıların toplanması işi müəssisə rəhbərliyinin təsdiq etdiyi cavabdeh şəxs tərəfindən aparılır”.

Bakıvaxtı.az xəbər verir ki, bunu “Sağlam radio”nun (93 FM) “Sağlam səhər” efirində Səhiyyə Nazirliyi Respublika Gigiyena və Epidemiologiya Mərkəzinin həkim-gigiyenisti Sevda Talıbova açıqlayıb.

Onun sözlərinə görə, həmin şəxs müəssisədə tullantılara gündəlik nəzarəti, tullantılarla işləmək qaydalarını öyrənmək, təhlükəli tullantılarla düzgün işləməyin təşkili barədə təlim keçmək və müvafiq sənəd (şəhadətnamə) almalıdır:

“Personala tullantılarla təhlükəsiz davranma qaydalarının öyrədilməsi həmin tibb müəssisəsində tullantıların toplanmasına cavabdeh şəxs tərəfindən həyata keçirilir. Səhiyyə Nazirliyi Respublika Gigiyena və Epidemiologiya Mərkəzi tibb müəssisələrində cavabdeh şəxslərin maarifləndirilməsi, təlimlərin keçirilməsi,  toplanan tibbi tullantıların çəkisi şöbə və bölmələrdə tullantıların toplanılmasına cavabdeh şəxs tərəfindən tərəzi ilə ölçülərək qeydiyyata alınmasına, müəssisə üzrə təyin edilmiş cavabdeh məsul şəxs tərəfindən nəzarət tədbirləri həyata keçirilərək şöbə və bölmələrdən kənarlaşdırılması üçün toplanan tullantıların ümumi cəmi  hesablanmalı və müqavilə bağlanmış fiziki və ya hüquqi şəxsə təhvil verilməsinə müvafiq qaydada sənədləşdirilməsinə nəzarət edir”.


SON XƏBƏRLƏR

21 Yanvar 2026