• Bakı 18° C

    4.15 m/s

  • USD - 1.7

    EUR - 1.9093

    RUB - 1.9998

Ramazan ayının 3-cü günü: İftar, imsak vaxtları, duası

CƏMİYYƏT

20 Fevral 2026 | 19:30 | Müəllif: Qalib İbrahimoğlu

Ramazan ayının 3-cü günü: İftar, imsak vaxtları, duası

Fevralın 21-i Ramazan ayının 3-cü ünüdür.

Bakıvaxtı.az xəbər verir ki, Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) açıqladığı Ramazan ayının təqviminə əsasən, Bakıda imsak vaxtı saat 06:01, iftar vaxtı isə saat 18:37-dir.

Ramazan ayının 3-cü gününün duası:

İlahi, bu gün mənə hüşyarlıq və ayıqlıq ruzisini eta et, məni səfehlik və dərrake-sizlikdən uzaqlaşdır. Bu gün göndərdiyin hər şeydə mənə xeyir nəsib et. Səxavətinə and verirəm, ey səxavətlilərin ən səxavətlisi!

İftardan qabaq oxunan dua:

İlahi, Sənin üçün oruc tutdum. Verdiyin ruzi ilə iftarımı açıram və Sənə təvəkkül edirəm. Orucumu qəbul et. Həqiqətən, Sən duaları eşidən və hər şeyi bilənsən. Ey geniş məğfirət Sahibi, günahlarımı bağışla!

Allah orucunuzu qəbul etsin!


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR