• Bakı C

    7.22 m/s

  • USD - 1.7

    EUR - 1.9983

    RUB - 2.2141

Bu xəstəliyi saçla müəyyən etməyin yolu tapıldı

CƏMİYYƏT

21 Fevral 2026 | 01:11

Bu xəstəliyi saçla müəyyən etməyin yolu tapıldı

Parkinson xəstəliyinin əlamətləri saçlarda gizlənə bilər.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə tədqiqat “iScience” jurnalında dərc edilib.

Belə ki, çinli tədqiqatçılar bu nəticəyə xəstəlik diaqnozu qoyulmuş 60 xəstənin saç nümunələrini təhlil edib, onları eyni yaşda olan sağlam fərdlərin nümunələri ilə müqayisə etdikdən sonra gəliblər.

Parkinson xəstəliyi olan xəstələrin saçlarında dəmir və misin daha aşağı səviyyədə olması, manqan və arsenin yüksək konsentrasiyaları ilə yanaşı aşkar edilib.

Müəlliflər hesab edirlər ki, bu göstərici diaqnostik potensiala malikdir. Çünki saç qan və ya tüpürcəkdən fərqli olaraq bədəndəki uzunmüddətli dəyişiklikləri əks etdirə bilir.

Vurğulayırlar ki, tədqiqat hələ ilkin mərhələdədir və daha böyük nümunələrdə təsdiq tələb edir. Nəticələr təsdiqlənərsə, gələcəkdə Parkinson xəstəliyinin erkən aşkarlanması üçün yalnız saç tellərinin təhlili kifayət edəcək.


SON XƏBƏRLƏR

20 Fevral 2026