• Bakı 14° C

    3.05 m/s

  • USD - 1.7

    EUR - 1.9019

    RUB - 2.0923

Bu kəndlərdə işıq OLMAYACAQ

CƏMİYYƏT

21 Yanvar 2026 | 20:40 | Müəllif: Subhan Mahmudov

Bu kəndlərdə işıq OLMAYACAQ

Yanvarın 22-də “Azərişıq” ASC-nin Naxçıvan Regional Enerji Təchizatı və Satışı İdarəsi (RETSİ) tərəfindən planlı təmir-bərpa işləri aparılacaq.

RETSİ-dən Bakıvaxtı.az-a bildirilib ki, bununla əlaqədar olaraq Araz SES-dən qidalanan 35 kV Nehrəm və 35 kV Hava limanı elektrik xətləri razılaşdırılmış sifariş əsasında açılacaq. Aparılacaq işlər səbəbindən Nehrəm qəsəbəsində, Araz, Ərəzin, Bənəniyar, Əbrəqunus, Saltaq, Milax, Ərəfsə, Ləkətağ , Kırna və Əlincə kəndlərində saat 11:00-dan 12:00-dək elektrik enerjisinin verilişində müvəqqəti fasilə yaranacaq.

Qeyd edək ki, təmir işləri enerji təchizatı sistemlərinin gücləndirilməsi, etibarlılığın artırılması və texniki baxışların aparılması məqsədilə həyata keçirilir. Bu çərçivədə müxtəlif ünvanlarda elektrik xətləri və yarımstansiyalarda mərhələli təmir işlərinin görülməsi nəzərdə tutulur.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

31 Oktyabr 2026