Dövlət Statistika Komitəsi sədrinin keçmiş müavini və Aparat rəhbəri Ziyad Abbasəliyev 76 yaşında vəfat edib.
Bakıvaxtı.az xəbər verir ki, Ziyad Abbasəliyev xəstəlikdən dünyasını dəyişib.
Qeyd edək ki, Ziyad Abbasəliyev 1950-ci il yanvarın 1-də Qərbi Azərbaycanın (Krasnoselo-Çənmərək) Ağbulaq kəndində anadan olub. 1996-cı ilin fevralından Dövlət Statistika Komitəsində Əhalinin Siyahıya alınması idarəsinin rəisi və komitə sədrinin müavini vəzifəsini icra edib. 2005-ci ildə Dövlət Stastika Komitəsinin Aparat rəhbəri vəzifəsinə təyin edilmiş və 2015-i ilin sonuna qədər bu vəzifədə çalışıb.
2011-ci ildə "Dövlət qulluğunda fərqlənməyə görə"medalı ilə təltif olunub. 2015-ci ilin oktyabr ayında öz istəyi ilə təqaüdə çıxıb.
Bakı 




