Ukrayna Prezidenti Volodimir Zelenski ölkədəki kritik enerji vəziyyəti ilə bağlı danışıb.
Bakıvaxtı.az xəbər verir ki,bu barədə Zelenski sosial şəbəkə hesabında paylaşım edib.
Ukrayna lideri bildirib ki, təkcə Kiyevdə təxminən 4 min ev hələ də istiliksiz qalıb, paytaxtın 60 faizində isə elektrik enerjisi kəsilib:
“Ən ağır vəziyyət Kiyevlə yanaşı, Xarkov, Sumı, Çerniqov və Dnepropetrovsk vilayətlərində qeydə alınıb”.
Zelenski xüsusilə paytaxt meriyası və bələdiyyə xidmətlərinin fəaliyyətinə toxunaraq, onların “zamana ehtiyac var” hesabatı ilə razılaşmadığını bildirib:
“Kiyevin rəsmi qurumları briqadaların yetərli olduğunu, sadəcə vaxt lazım olduğunu deyirlər. Mən bu qiymətləndirmə ilə razı deyiləm. Əlavə resurslara və daha operativ tədbirlərə ehtiyac var. Mülki əhalinin sığınması üçün yaradılan istilik məntəqələrinin və qaynar yemək nöqtələrinin fəaliyyəti Daxili İşlər Nazirliyinin nəzarətindədir”.
Son olaraq, Prezident yanvarın 14-də ölkənin enerji sektorunda fövqəladə vəziyyət elan edildiyini xatırladaraq, hazırda Ukraynanın enerji ehtiyacının 18 giqavat olduğunu, lakin mövcud imkanların cəmi 11 giqavat təşkil etdiyini bildirib./Qafqazinfo
Bakı 



