• Bakı C

    8.6 m/s

  • USD - 1.7

    EUR - 1.9921

    RUB - 2.187

YPG/SDQ-nin "ikinci komandiri" öldürüldü

DÜNYA

22 Yanvar 2026 | 09:51

YPG/SDQ-nin ikinci komandiri öldürüldü

YPG/SDG-nin ikinci komandiri kimi tanınan və son zamanlar İsrailə etdiyi zənglərlə gündəmə gələn "Sipan Hemo"nun Suriyanın Qamışlı bölgəsində pilotsuz təyyarənin hücumu nəticəsində öldürüldüyü iddia edilib.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə "Takvim" qəzeti yazıb. 

Qeyd olunur ki, hücum nəticəsində "Sipan Hemo" ləqəbli Semir Asunun da daxil olduğu bir neçə yüksək vəzifəli şəxs zərərsizləşdirilib. Suriyalı jurnalistlər də sosial media paylaşımlarında Sipan Hemonun pilotsuz təyyarə hücumunda öldüyünü təsdiqləyiblər.

"Sipan Hemo", "Məzlum Kobani" kod adı ilə tanınan Ferhat Abdi Şahindən sonra təşkilatın Suriyadakı ikinci komandiri kimi tanınırdı. Təşkilatın Suriya strukturunda Qəndil kadrlarının ən yüksək rütbəli nümayəndəsi olan "Hemo"nun, yüksək rütbəli PKK fiquru Bahoz Erdalın ən yaxın adamlarından biri olduğu deyilirdi./Unikal


SON XƏBƏRLƏR

21 Yanvar 2026