İranın xahişi ilə Çin, İrana mümkün hücum halında gizli qırıcıların elektromaqnit dalğaları və Amerika hərbi infrastrukturunun dəqiq yeri də daxil olmaqla, çətin ələ keçirilə bilən məlumatları toplamaq və təhlil etmək üçün güclü dəniz elektron kəşfiyyat gəmisi Liaowang-1-i Oman dənizinə yerləşdirib.
Bakıvaxtı.az xəbər verir ki, bu barədə İranın "Telegram" kanalları məlumat yayıb.
Bu genişmiqyaslı kəşfiyyat toplanması potensial ABŞ hərbi əməliyyatlarında gözlənilməzlik elementini əhəmiyyətli dərəcədə azalda bilər.
Vəzifələrə F-22 və F-35 qırıcılarının təhlili və izlənməsi, eləcə də EA-18 Growler elektron müharibə təyyarələrinin işləmə tezliklərinin müəyyən edilməsi daxildir. Əldə edilən məlumatlar raket sistemlərinin effektivliyini artıra bilər.
Qeyd olunur ki, Çin kəşfiyyat texnologiyaları mövcud İran hərbi strukturları ilə inteqrasiya olunur. Bu səviyyədə əməkdaşlıq tərəflər arasında strateji koordinasiyanın dərinləşdiyini göstərir.
Bakı 




