Rusiya xarici işlər nazirinin müavini Mixail Qaluzin Moskvada Türkiyənin Rusiyadakı səfiri Tanju Bilgiç ilə görüş keçirib.
Bakıvaxtı.az xəbər verir ki, görüş zamanı Rusiya tərəfi Ukraynadakı münaqişənin siyasi-diplomatik yolla həlli ilə bağlı mövqelərini təqdim edib.
Rusiya XİN-in məlumatına görə, tərəflər Ukrayna böhranı ətrafında mövcud vəziyyətlə bağlı fikir mübadiləsi aparıblar. Rusiya tərəfi diplomatik həll yollarının tapılmasına sadiqliyini vurğulayaraq, münaqişənin kök səbəblərinin aradan qaldırılmasının vacibliyini önə çəkib.
Bununla yanaşı, görüşdə Cənubi Qafqazdakı vəziyyət də müzakirə olunub. Bildirilib ki, Moskva və Ankara regionda sülhün və sabitliyin qorunması naminə səylərin koordinasiyasında qarşılıqlı maraqlıdır.
Danışıqlar Türkiyə tərəfinin təşəbbüsü ilə baş tutub.
Bakı 




