• Bakı C

    7.22 m/s

  • USD - 1.7

    EUR - 1.9983

    RUB - 2.2141

Qədim vulkanın altından 1,5 trilyon dollarlıq sərvət çıxdı

DÜNYA

21 Fevral 2026 | 00:06

Qədim vulkanın altından 1,5 trilyon dollarlıq sərvət çıxdı

ABŞ-nin Oreqon və Nevada ştatlarının sərhədində yerləşən qədim bir vulkanın (McDermitt Kalderası) altında dünyanın ən böyük litium yatağı kəşf edilib. Bu kəşf həm enerji sektoru, həm də qlobal iqtisadiyyat üçün böyük bir inqilab deməkdir.

Bakıvaxtı.az xəbər verir ki, tədqiqatçılar bu ərazidə təxminən 20 ilə 40 milyon metrik ton arasında litium olduğunu təxmin edirlər. Bu miqdar əvvəllər dünyanın ən böyük yatağı hesab edilən Boliviya duzlaqlarındakı ehtiyatı geridə qoyur.

Tapılan litium ehtiyatının bazar dəyərinin təxminən 1,5 trilyon dollar olduğu bildirilir.

Litium müasir dünyada "ağ qızıl" adlandırılır. Elektrikli avtomobillərin batareyaları, smartfonlar və bərpa olunan enerji saxlama sistemləri üçün ən kritik xammaldır.

Alimlərin fikrincə, bu litium yatağı təxminən 16 milyon il əvvəl baş vermiş nəhəng bir vulkan püskürməsi nəticəsində formalaşıb. Maqmadan ayrılan litium zənginliyi göl çöküntülərinin içinə toplanaraq bu günə qədər gəlib çıxıb./Milli.az


SON XƏBƏRLƏR

20 Fevral 2026