• Bakı -0° C

    8.72 m/s

  • USD - 1.7

    EUR - 1.9921

    RUB - 2.187

AFFA prezidenti "Qarabağ"ı TƏBRİK ETDİ

İDMAN

22 Yanvar 2026 | 00:38

AFFA prezidenti Qarabağı TƏBRİK ETDİ

AFFA prezidenti Rövşən Nəcəf "Qarabağ" klubunu UEFA Çempionlar Liqasının əsas mərhələsinin VII turunda Almaniyanın "Ayntraxt" klubu üzərində 3:2 hesablı qələbə qazanması münasibətilə təbrik edib.

Bakıvaxtı.az xəbər verir ki, Rövşən Nəcəf bu barədə sosial şəbəkə hesabında paylaşım edib.

"UEFA Çempionlar Liqasının Liqa mərhələsinin VII turunda "Qarabağ" Futbol Klubu böyük əzmkarlıq nümayiş etdirərək Almaniyanın güclü təmsilçisi "Ayntraxt" üzərində inamlı qələbə qazandı. Bu uğurlu nəticə münasibətilə komandamızı və bütün azarkeşlərimizi ürəkdən təbrik edir, növbəti oyunlarda yeni qələbələr arzulayırıq", - deyə o qeyd edib.


SON XƏBƏRLƏR

21 Yanvar 2026