• Bakı C

    1.18 m/s

  • USD - 1.7

    EUR - 2.0105

    RUB - 2.2069

Yanvar ayının pensiya ödənişi yekunlaşdı

CƏMİYYƏT

22 Yanvar 2026 | 12:31

Yanvar ayının pensiya ödənişi yekunlaşdı

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu respublika üzrə yanvar ayının pensiya ödənişini yekunlaşdırıb.

Nazirlikdən Bakıvaxtı.az-a verilən məlumata görə, yanvarın 13-də Bakı və Sumqayıt şəhərləri, Abşeron rayonu və Naxçıvan MR-də, bu gün isə ölkəmizin bölgələrində yaşayan şəxslərin yanvar ayı üzrə pensiyaları, habelə güzəştli şərtlərlə təyin edilmiş pensiyalar ödənilib.

Vətəndaşlar pensiyalarını bank kartları vasitəsilə müvafiq bankların bankomatlarından əldə edə bilərlər.


SON XƏBƏRLƏR