• Bakı C

    4.84 m/s

  • USD - 1.7

    EUR - 1.9983

    RUB - 2.2141

Bakıda 8 gün əvvəl avtomobilin vurduğu piyada xəstəxanada ölüb

CƏMİYYƏT

21 Fevral 2026 | 12:19

Bakıda 8 gün əvvəl avtomobilin vurduğu piyada xəstəxanada ölüb

Bakıda maşın yolu keçən piyadanı vurub.

Bakıvaxtı.az xəbər verir ki, hadisə fevralın 12-də paytaxtın Xəzər rayonunda baş verib.

Məlumata görə, Binə qəsəbəsinin ərazisində Bakı şəhər sakini 1993-cü il təvəllüdlü Dəyanət Cəfərli idarə etdiyi “VAZ-2107” markalı avtomobillə yolu keçən paytaxt sakini 1960-cı il təvəllüdlü Baxşəli Qədimovu vurub.

Xəstəxanaya yerləşdirilən B.Qədimov ötən gün orada ölüb. (Apa)


SON XƏBƏRLƏR

20 Fevral 2026