Gədəbəydə evin həyətindən yaşlı qadının meyti tapılıb.
Bakıvaxtı.az xəbər verir ki, hadisə rayonun Söyüdlü kəndində baş verib. Kənd sakini 1948-ci il təvəllüdlü Qəribə Huseynovanın meyiti yaşadığı evin həyətində tapılıb.
Hadisə yerinə dərhal polis və prokurorluq əməkdaşları cəlb edilib. Müayinə zamanı yaşlı qadının üzərində hər hansı zorakılıq əlamətləri aşkarlanmayıb.
İlkin məlumata görə, 78 yaşlı qadın tək yaşayırmış.
Faktla bağlı rayon prokurorluğunda araşdırma aparılır. (Unikal)
Bakı 




