Ukrayna Milli Təhlükəsizlik və Müdafiə Şurasının katibi Rüstəm Umerov Davosda ABŞ Prezidenti Donald Trampın xüsusi nümayəndəsi Stiv Vitkoff və Trampın kürəkəni Cared Kuşnerlə görüşüb.
Bakıvaxtı.az xəbər verir ki, bu barədə Ukrayna mediası məlumat yayıb.
Umerov bildirib ki, danışıqların əsas mövzuları iqtisadi inkişaf, müharibədən sonrakı yenidənqurma və Ukrayna üçün təhlükəsizlik təminatları olub:
“Tərəfdaşlarımızı Rusiyanın mülki infrastrukturu atəşə tutması, xüsusən də Kiyevdəki vəziyyət barədə məlumatlandırdıq. Bu hücumlar milyonlarla insanı elektrik enerjisiz və istiliksiz qoyub”.
Bakı 



