Azərbaycanın iqtisadiyyat naziri Mikayıl Cabbarov İsrailin iqtisadiyyat və sənaye naziri Nir Barkatla iqtisadi tərəfdaşlığın perspektivlərini müzakirə edib.
Bakıvaxtı.az xəbər verir ki, bu barədə nazir M.Cabbarov rəsmi X hesabında yazıb.
"Prezident İlham Əliyevin rəhbərliyi ilə Davos İqtisadi Forumunda iştirak çərçivəsində İsrail Dövlətinin iqtisadiyyat və sənaye naziri Nir Barkat ilə görüşdük. Ölkələrimiz arasında iqtisadi əməkdaşlığın gündəmində olan aktual məsələləri nəzərdən keçirdik. Ticarət, sənaye, enerji və biznes tərəfdaşlığı istiqamətində qarşılıqlı fəaliyyətin perspektivlərini vurğuladıq", - məlumatda qeyd olunub.
Qeyd edək ki, Azərbaycan Dövlət Gömrük Komitəsinin məlumatına görə, 2025-ci ildə Azərbaycan ilə İsrail arasında ticarət əməliyyatlarının həcmi 78,04 milyon ABŞ dolları təşkil edib.
Bakı 



