"Azarkeşlər sağ olsunlar ki, belə bir vaxtda - son vaxtlar futbolçulara inamın azaldığı vaxtda o inamı yenidən qaytardılar. Biz bu gün onları stadionda gördükdə futbolçulara motivasiya oldu. Bu qələbə azarkeşlərin haqqı idi".
Bakıvaxtı.az xəbər verir ki, bunu “Qarabağ” komandasının baş məşqçisi Qurban Qurbanov "Ayntarxt"la matçdan sonra açıqlamasında deyib.
"Belə bir uğur olmamışdı. Bəlkə də hazırda Azərbaycan futbolunun ən böyük uğurudur. Çox məmnunam. Şükürlər olsun ki, Allah son saniyələrdə bizə belə bir qalibiyyət nəsib elədi", - deyə Qurbanov qeyd edib.
Bakı 



