"NATO rəhbəri Mark Rutte ilə Qrenlandiya ilə bağlı gələcək razılaşma üçün "çərçivə" hazırladıq".
Bakıvaxtı.az "LeMonde.fr"ə istinadən xəbər verir ki, bu barədə Davosda ABŞ prezidenti Donald Tramp bildirib.
Donald Tramp qeyd edib ki, NATO-nun baş katibi Mark Rutte ilə məhsuldar görüşdən sonra Qrenlandiya ilə bağlı gələcək razılaşma üçün təməl qoyulib.
Rutte isə Trampın açıqlamasını təkzib edib. O, öz növbəsində Qrenlandiyanın suverenliyi məsələsinin respublikaçı liderlə müzakirə olunmadığını bildirib:
"Respublikaçı prezidentlə müzakirələrimizdə bu məsələ qaldırılmadı. Dəyişikliklərin baş verdiyi, çinlilərin və rusların getdikcə daha çox aktivləşdiyi bu geniş Arktika bölgəsini qorumaq üçün nə etməli olduğumuza diqqət yetiririk. Bu razılaşmanı yekunlaşdırmadan əvvəl hələ çox iş görülməlidir" .
Aydın Baxış
Bakı 



