Xəbər verdiyimiz kimi, Sumqayıt şəhərində bir ailənin dörd üzvü dəm qazından zəhərlənib.
Bakıvaxtı.az-ın sorğusuna cavab olaraq TƏBİB-dən bildirilib ki, saat 02:40 radələrində dəm qazından zəhərlənmə şübhəsilə 2-si yeniyetmə olmaqla 4 nəfər (2 kişi, 2 qadın) Sumqayıt Tibb Mərkəzinin Təcili Tibbi Yardım və Uşaq Xəstəxanasına hospitalizasiya olunub.
Qurumdan verilən məlumata görə, onlara dəm qazının toksiki təsiri diaqnozu təyin olunub və zəruri tibbi yardım göstərilib:
"Vəziyyətləri qənaətbəxş qiymətləndirilən şəxslərin hər biri ambulator müalicə üçün evə buraxılıb".
Zeynəb Rzayeva
Bakı 

jpg-1769065205.jpg)

