Ukrayna ordusu Rusiyanın Krasnodar diyarındakı Temryuk liman terminallarına hücum edib.
Bakıvaxtı.az xəbər verir ki, hadisə nəticəsində üç nəfər həlak olub, səkkiz nəfər isə yaralanıb.
Qubernator Veniamin Kondratyev bildirib ki, hücum neft saxlama çənində yanğına səbəb olub.
Məlumata görə, hadisə yerində yanğınsöndürmə briqadaları çalışır. Rəsmilər vəziyyətin nəzarətdə saxlanıldığını qeyd ediblər.
Əli Hüseynov
Bakı 


