• Bakı C

    6.6 m/s

  • USD - 1.7

    EUR - 1.9921

    RUB - 2.187

Ukrayna cəbhəsində gərginlik: 154 toqquşma, ölənlər...

DÜNYA

22 Yanvar 2026 | 11:52

Ukrayna cəbhəsində gərginlik: 154 toqquşma, ölənlər...

Ötən gün Ukrayna və Rusiya qüvvələri arasında cəbhə boyunca 154 döyüş toqquşması qeydə alınıb.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə "Ukrinform" məlumat yayıb.

Məlumatda qeyd edilib ki, ən intensiv döyüşlər Pokrovsk sektorunda baş verib.

Bildirilib ki, Rusiya tərəfi iki raket, 197 idarə olunan hava bombası və 6 min 183 kamikaze dronundan istifadə edib.

Əlavə olunub ki, Ukrayna Müdafiə Qüvvələri Rusiyanın 3 min 552 atəş hücumunu, o cümlədən, çoxmərhələli raket zərbələrini dəf edib.

Xatırladaq ki, 24 fevral 2022-dən bəri Rusiya ordusunun itkiləri təxminən 1 milyon 230 min 810 nəfərə çatıb.

Əli Hüseynov


SON XƏBƏRLƏR

21 Yanvar 2026