• Bakı 25° C

    1.24 m/s

  • USD - 1.7

    EUR - 1.9613

    RUB - 2.0106

Cənubi Koreya KXDR ilə sammit keçiriləcəyini düşünmür

DÜNYA

29 Avqust 2025 | 09:03 | Müəllif: Əli Hüseynov

Cənubi Koreya KXDR ilə sammit keçiriləcəyini düşünmür

Cənubi Koreya prezidentinin milli təhlükəsizlik üzrə müşaviri Vi Son Lak Şimali Koreya ilə sammit keçirilməsi ehtimalı ilə bağlı cəmiyyəti ümidlənməməyə çağırıb.

Bakıvaxtı.az-ın məlumatına görə, bu barədə Cənubi Koreyanın CBS telekanalı xəbər yayıb.

"Dialoqun baş tutacağına dair çox böyük ümidlər bəsləməyin konstruktiv olacağı düşüncəsində deyiləm", – V.S. Lak qeyd edib.

Onun sözlərinə görə, Çin bu məsələdə çox passiv və neqativ mövqe tutur, şişirdilmiş gözləntilər isə Şimali Koreyadan cavab almağa kömək etməyəcək. Vi Son Lak hesab edir ki, mövcud vəziyyətdə sakit şəkildə qarşı tərəfin reaksiyasını gözləmək daha doğru olardı.

Qeyd edək ki, 25 avqustda ABŞ Prezidenti Donald Tramp Cənubi Koreya Prezidenti Li Çje Myon ilə görüşü zamanı KXDR və Cənubi Koreya arasında sammit keçirilməsi ideyasını irəli sürmüşdü.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

15 Sentyabr 2026