• Bakı 19° C

    4.3 m/s

  • USD - 1.7

    EUR - 1.9855

    RUB - 2.0247

Ruslar yeni döyüşə hazırlaşırlar: Artıq Dnepr və Xersonda...

DÜNYA

28 Sentyabr 2025 | 09:01

Ruslar yeni döyüşə hazırlaşırlar: Artıq Dnepr və Xersonda...

Ruslar havaların soyumasını və şəraitin pisləşməsini nəzərə alaraq artıq döyüşə hazırlaşmağa başlayıblar.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə Ukraynanın Cənub Müdafiə Qüvvələrinin mətbuat katibi Vladislav Voloşin bildirib.

O qeyd edib ki, dəyişkən hava şəraitinin düşmən qoşunlarının taktikasına necə təsir edəcəyi hələlik məlum deyil. Onun sözlərinə görə, ruslar öz qüvvələrini və silahlarını yenidən toparlamağa başlayır:

"Düşmən hücum qrupunun şəxsi heyətini irəli mövqelərə yerləşdirir ki, bu da yeni hücumu həyata keçirəcək. Ən böyük yenidən qruplaşma hazırda Dnepr və Xerson istiqamətlərində aparılır".


SON XƏBƏRLƏR

27 Sentyabr 2025