• Bakı 19° C

    4.3 m/s

  • USD - 1.7

    EUR - 1.9855

    RUB - 2.0247

Bu gün Azərbaycanda III MDB Oyunlarının açılış mərasimi keçiriləcək

İDMAN

28 Sentyabr 2025 | 08:58

Bu gün Azərbaycanda III MDB Oyunlarının açılış mərasimi keçiriləcək

Azərbaycanda təşkil olunan III MDB Oyunlarının açılış mərasimi bu gün keçiriləcək.

Bakıvaxtı.az xəbər verir ki, Gəncə şəhər stadionundakı tədbir saat 19:00-da start götürəcək.

Tədbirdə Azərbaycan bayrağını karateçi Asiman Qurbanlı və taekvondoçu Zemfira Həsənzadə daşıyacaqlar.

Qeyd edək ki, iki gün əvvəl start götürən yarışa 13 ölkədən 1 624 idmançı və 2 337 nümayəndə qatılıb. Turnirdə Azərbaycanı 340, Pakistanı 4, Rusiyanı 262, Özbəkistanı 254, Belarusu 240, Qazaxıstanı 147, Tacikistanı 144, Qırğızıstanı 126, Türkmənistanı 48, Türkiyəni 38, Kubanı 11, Küveyti 6, Omanı isə 4 idmançı təmsil edir.

Yarışın bağlanış mərasimi oktyabrın 8-də, Gəncə şəhər stadionunda baş tutacaq.


SON XƏBƏRLƏR

27 Sentyabr 2025